“Sərhədçi” NTD-ni sınağa çəkdi

İdman

11.01.2025 16:30

Azərbaycan Basketbol Liqasının X turunda daha bir görüş keçirilib.

TodayPress xəbər verir ki, A qrupunda “Sərhədçi” NTD ilə qarşılaşıb.

“Sərhədçi” İdman Mərkəzində baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 78:64.

Qeyd edək ki, bu gün X turda daha iki matç oynanılacaq. "Lənkəran" evdə "Şəki"ni qəbul edəcək. "Ordu" isə "Quba" ilə üz-üzə gələcək. Turun daha əvvəl keçirilən görüşlərində "Abşeron" "Neftçi"yə 76:84 hesabı ilə məğlub olub, "Naxçıvan" isə "Sabah" üzərində qələbə qazanıb - 80:75

tag: Sərhədçi, NTD, Qarşılaşma, Basketbol, todaypress.az,