Serezo: “Mən əminəm ki, Dieqo qalacaq”
İdman
30.12.2024 11:20
“Atletiko Madrid” klubunun prezidenti Enrike Serezo baş məşqçisi Dieqo Simeonenin işindən razıdır.
TodayPress xəbər verir ki, futbol funksioneri argentinalı mütəxəssisin gələcəkdə də komandaya rəhbərlik edəcəyinə ümid edir.
“Mən əminəm ki, Dieqo qalacaq. Adətən, biz onun dediklərini dəqiqliklə, oyundan-oyuna, ildən-ilə yerinə yetirirdik. Yaxşı nəticələr olanda məşqçi də qalır.
Mən həmişə eyni şeyi deyirəm. Simeone getmək istədiyi gün bizimlə və ya azarkeşlərlə heç vaxt problem yaşamayacaq. Məşqçinin işi inanılmazdı və başqa bir mütəxəssisin bunu təkrarlaması çətin olacaq” deyə prezident bildirib.
Dieqo Simeone 2011-ci ildən Madrid təmsilçisinə rəhbərlik edir. Ötən müddət ərzində “Atletiko” iki dəfə çempionluq qazanıb, Avropa Liqası, UEFA Superkubokunun qalibi olub, İspaniya kuboku və Superkubokuna sahib çıxıb. Avropa nəhəngi həmçinin iki dəfə UEFA Çempionlar Liqasının finalçısı olub.
Qeyd edək ki, cari mövsüm “Atletiko” 41 xal toplayıb. Hazırda “hindular” İspaniya La Liqasının turnir cədvəlinə başçılıq edirlər.
Namiq HUN
tag: Atletiko Madrid,Enrike Serezo,Dieqo Simeone,Madrid ,UEFA ,todaypress.az,