Sərdar Dursun “Persepolis”lə anlaşdı
Türkiyə millisinin və “Fənərbağça” klubunun sabiq futbolçusu Sərdar Dursunun yeni komandası məlum olub.
TodayPress xəbər verir ki, hücumçu İranın “Persepolis” klubuna keçib. 33 yaşlı futbolçu ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb.
Sərdar Dursun son olaraq “Alanyaspor” klubunda çıxış edib. Qeyd edək ki, “Persepolis” klubunu türkiyəli mütəxəssis İsmayıl Kartal çalışdırır.
Namiq HUN
tag: İdman,Fənərbağça,Klub,Sardar Dursun ,Alanyaspor,Todaypress.az,