Serbiyalı skautlar Juninyonu izləməyə gəliblər
“Qarabağ”ın hücumçusu Olavio Juninyo “Srvena Zvezda”nın transfer siyahısına düşüb.
TodayPress xəbər verir ki, Çempionlar Liqasında mübarizə aparan Serbiya nəhəngi Azərbaycan çempionunun braziliyalı forvardını heyətinə qatmaqda israrlıdır.
“Srvena Zvezda” klubunun skautları Avropa Liqasının V turunun “Qarabağ” - “Olimpik Lion” görüşünü stadiondan canlı izləməyi planlaşdırır.
Olavio Juninyonu komandalarında görmək istəyən serblər onu daha yaxından izləmək niyyətindədirlər.
Xatırladaq ki, 28 yaşlı forvard ötən mövsüm “Çaveş”dən “Qarabağ”a keçib. O, müqaviləyə əsasən 2026-cı il ilin yayına qədər Ağdam təmsilçisinə məxsusdur.
Namiq HUN
tag: Serbiya, Çempionlar, Liqa, Srvena Zvezda, Avropa, Çaveş, todaypress.az,