Serbiya “play-off” şansı qazandı
İdman
20.06.2024 20:30
Avropa çempionatının C qrupunda 2-ci tur Sloveniya - Serbiya qarşılaşması ilə start götürüb. Günün ilk matçı “Allianz Arena”da baş tutub.
TodayPress xəbər verir ki, Serbiya millisi cütün favoriti sayılsa da, son saniyələrdə məğlubiyyətdən qaça bilib. Oyunda hesabı 69-cu dəqiqədə Sloveniya millisinin müdafiəçisi Jan Karniçnik açıb 1:0. Amma komanda hesabdakı minimal üstünlüyünü sonadək qoruya bilməyib. Serbiya millisinin hücumçusu Luka Yoviç 90+5-ci dəqiqədə bərabərlik qolunun müəllifi olub. Bu, Serbiyaya son tur ərəfəsində pley-offa yüksəlmək şansı yaradıb. Hər iki görüşdə heç-heçə oynayan Sloveniya isə son turda qrupun favoriti olan İngiltərə millisi ilə qarşılaşacaq.
Namiq HUN
tag: Serbiya, Sloveniya, Avropa çempionatı,Pley-off, todaypress.az,