Sərbəst güləşçilərin Xorvatiya uğuru

İdman

07.02.2025 09:10

680

Sərbəst güləşçilərimiz Xorvatiyada keçirilən reytinq turnirində daha 2 medal qazanıblar.   

TodayPress xəbər verir ki, ikinci yarış günü “Zaqreb Open” turnirindən qazancımız gümüş və bürünc medal olub. 

Osman Nurmaqomedov (92 kq) israilli və slovakiyalı rəqiblərini məğlub edərək, yarımfinala vəsiqə qazanıb. O, bu mərhələdə yığmamızın digər üzvü Abubakr Abakarovla üz-üzə gəlib. Sonuncu yarımfinala kimi İran və Gürcüstan güləşçilərini mübarizədən kənarlaşdırıb.   

Milli üzvlərinin qarşılaşmasında qalib gələn Osman finala yüksəlib. Nurmaqomedov həlledici görüşdə iranlı Amirhüseyn Firuzpurbanpeyə 4:11 hesabıyla uduzaraq, gümüş medal qazanıb.   Abubakr Abakarov isə üçüncü yer uğrunda görüşdə Slovakiya güləşçisi Boris Makoyevə 9:2 hesabı ilə qalib gələrək bürün medala sahib çıxıb. 

Qeyd edək ki, sərbəst güləşçilərimiz yarışın ilk günündə 5 medal qazanıblar. Kənan Heybətov (70 kq) qızıl, İslam Bazarqanov (57 kq) və Arseni Cioyev (86 kq) gümüş, Nurəddin Novruzovla (61 kq) Əli Rəhimzadə (65 kq) isə bürünc medala sahib çıxıblar.   

Namiq HUN

tag: Güləş,İdman,Milli,Zaqreb Open,Todaypress.az,