Sərbəst güləşçilərin Kazan uğuru
"BRICS” idman oyunlarının növbəti yarış günü sərbəst güləşçilərimizin uğurlu çıxışı ilə əlamətdar olub.
TodayPress xəbər verir ki, Tatarıstanın paytaxtı Kazanda keçirilən "BRICS” beynəlxalq multi-idman oyunlarında sərbəst güləşçi Hacımurad Maqomedsəyidov (97 kq) komandamıza yarışın qızıl medalını qazandırıb. Yalnız finalda uduzan Şamil Zubairov (92 kq), Murad Haqverdiyev (65 kq) və Orxan Abasov (79 kq) gümüş medalla kifayətləniblər. Ceyhun Allahverdiyev (61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) isə turnirin bürünc medallarına sahib çıxıblar.
Nəticədə Azərbaycan idmançılarının "BRICS” beynəlxalq multi-idman oyunlarında qazandıqları medalların sayı 9-a çatıb - 2 qızıl, 3 gümüş və 4 bürünc medal.
Xatırladaq ki, daha əvvəl yarışda karateçi Mədinə Sadıqova (55 kq) bütün rəqiblərinə qalib gələrək oyunların qalibi olub. Akademik avarçəkən Bəhmən Nəsiri və samboçu Rəsul Aydəmirov (98 kq) isə bürünc medala sahib olublar.
Namiq HUN
tag: Kazan,"BRICS” beynəlxalq multi-idman oyunları, Karateçi, Mədinə Sadıqova, todaypress.az,