Sərbəst güləşçilərimiz Minskdə 8 medal qazandı

İdman

22.09.2024 11:52

Belarusun paytaxtı Minskdə sərbəst güləş üzrə Aleksandr Medved turnirinə yekun vurulub.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Ənənəvi yarışda iştirak edən yığmamız 8 medal qazanıb.

Cəbrayıl Qadjiyev (74 kq), Arseniy Djioyev (86 kq) və Abubakr Abakarov (92 kq) qızıl, Orxan Abasov (79 kq) gümüş, Rəşid Babazadə (65 kq), Əli Rəhimzadə (70 kq), Şamil Zubairov (92 kq) və Aslan Abakarov (97 kq) bürünc medal əldə edib.

tag: Belarus,Minsk,Aleksandr Medved,Azərbaycan Güləş Federasiyası,todaypress.az,