Sərbəst güləşçilərdən iki gümüş medal
İdman
26.05.2024 12:19
Azərbaycan güləşçiləri Bakıda keçirilən Avropa çempionatında iki gümüş medal qazanıblar.
TodayPress xəbər verir ki, sərbəst güləş üzrə milli komandanın üzvləri - Kənan Heybətov və Əli Tsokayev yalnız final görüşlərində uduzublar. Bakı İdman Sarayında keçirilən yarışda bürünc medal da qazana bilərdik. Rəvan Musayev üçüncü yer uğrunda qarşılaşmada məğlub olaraq yarışı medalsız başa vurub.
Qeyd edək ki, daha əvvəl 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə milli komandamız U-23 Avropa çempionatının qalibi olub. Bir dəst medal əldə edən qadınlardan ibarət milli isə ilk dəfə komanda hesabında üçüncü yeri tutub.
tag: güləş, Avropa çempionatı, Bakı, İdman, Todaypress,