Sərbəst güləşçilər Serbiyada 4 medal qazandılar

İdman

29.06.2024 21:51

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatı davam edir.

TodayPress xəbər verir ki, ilk yarış günü İsa Yusibov (65 kq) finalda Yasin Bersanukayevlə (AİN) qarşılaşıb. Güləşçimiz 3:1 hesabı ilə qalib gələrək, Avropa çempionu olub.

Muxamed Qantemirov (110 kq) həlledici görüşdə Movsar Saydulayevə (AİN) rəqib olub. Muxamed sonuncu xal prinsipinə görə çempionatı gümüş medalla başa vurub.

Hacıhüseyn Hüseynovla (48 kq) Hüseyn Hüseynov (55 kq) isə  çempionatı 3-cü pillədə başa vurublar. 


Namiq HUN

tag: Serbiya, U-17, Avropa çempionatı, İdman, Güləş, todaypress.az,