Sərbəst güləşçilər iki bürünc medal qazandılar

İdman

09.09.2024 09:55

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı başa çatıb.

TodayPress xəbər verir ki, mundialın son günündə 2 sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb.

Ağanəzər Novruzov (74 kq) bürünc medal uğrunda görüşdə rusiyalı Tamir Eşinimayevlə qarşılaşıb. Görüşün sonlarında aldığı xallarla rəqibini 4:1 hesabıyla məğlub edən həmyerlimiz dünya üçüncüsü olub.

Anar Cəfərli (92 kq) təsəlliverici görüşdə hindistanlı Amit Sinqə “tuş”la qalib gəlib. Həlledici qarşılaşmada amerikalı Konnor Mirasolayla qarşılaşan milli üzvü rəqibini 6:2 hesabıyla üstələyərək bürünc medalı boynundan asıb.

Qeyd edək ki, ümumi hesabda sərbəst güləş millimiz dünya çempionatını 1 gümüş və 2 bürünc medalla başa vurub. Komandamız 72 xalla dünyanın 5-ci komandası olub.

Namiq HUN

tag: İspaniya, Pontevedra, Güləş,Ağanəzər Novruzov, Dünya, Çempionat, todaypress.az,