Sərbəst güləşçilər Gimnaziadada 10 medal qazandılar

İdman

07.04.2025 10:05

11

Azərbaycan sərbəst güləşçiləri Serbiyada keçirilən Gimnaziadanı 10 medalla başa vurublar.   

TodayPress xəbər verir ki, komandanın bütün üzvləri Zlatibor turnirində fəxri kürsüyə qalxıb. 

Güləşçilərimiz 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazanıblar.  Elman İsmayılovla (38 kq) İbrahim Həsənov (44 kq) turnirdə bütün rəqiblərinə qalib gəliblər.   Hüseyn Rzazadə (41 kq), Fərid Hüseynli (52 kq) və Məhəmməd Həsənli (62 kq) yalnız finalda məğlub olublar. 

Tamerlan Namazlı (48 kq), Elcan Həsənov (57 kq), Xəyal Şükürlü (68 kq), Elvin Necəfzadə (75 kq) və Tural Eynullayev (85 kq) isə üçüncü yeri tutub. 

 Namiq HUN

tag: Güləş,Azərbaycan,Serbiya,MEdal,Todaypress.az,