Sərbəst güləşçilər 2 bürünc medal qazandılar

İdman

24.08.2024 22:10

İordaniyada güləş üzrə U-17 dünya çempionatı davam edir.

TodayPress xəbər verir ki, mundialda sərbəst güləşçilərimiz 2 bürünc medala sahib çıxıblar.

Hüseyn Hüseynov (55 kq) bürünc medal görüşündə ermənistanlı Qaqik Xazaryanı döşəyə çıxmaqda peşman edib.

İkinci bürünc medalı komandamıza Muxamad Qantemirov (110 kq) qazandırıb. O, gürcüstanlı Qiqia Lukunidzeyə tam üstünlüklə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Yalnız Məhəmməd Abbaszadə (80 kq) bürünc medalı əldən verib. Güləşçimiz 3-cü yer uğrunda ukraynalı Artur Kostyukla qarşılaşıb. Görüş 5:5 hesabı ilə yekunlaşsa da, son xal prinsipinə əsasən rəqib qalib elan olunub.

Namiq HUN

tag: İdman, Güləş, Bürünc, Medal,todaypress.az,