Sərbəst güləşçilər 1 gümüş və 1 bürünc medal qazandılar

İdman

26.08.2024 09:45

İordaniyada keçirilən güləş üzrə U-17 dünya çempionatı başa çatıb. 

TodayPress xəbər verir ki, mundialın son günündə sərbəst güləşçilər 5 dəst medalın sahibini müəyyən ediblər.

Azərbaycan millisinin 2 sərbəst güləşçisi də mükafatlar uğrunda mübarizə aparıb. 

Hüseyn İsmayılov (60 kq) finalda qırğızıstanlı Omurbek Asan Uulu ilə münasibətinə aydınlıq gətirıb. Rəqibinə 1:5 hesabı ilə məğlub olan Hüseyn dünya çempionatının gümüş medalına sahib çıxıb.

Rəvan Həsənzadə (45 kq) isə bürünc medal uğrunda görüşdə Qazaxıstan güləşçisi Bekzat Amangeldiyə qalib gələrək fəxri kürsüyə yüksəlib. 

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərimizdən Hüseyn Hüseynov (55 kq) və Muxamad Qantemirov (110 kq) mundialın bürünc medalını qazanıblar.

Namiq HUN

tag: Azərbaycan, Rəvan Həsənzadə,Bekzat Amangeldiyə, Hüseyn Hüseynov, İrodaniya, todaypress.az,