Sərbəst güləş üzrə Şamil Umaxanovun xatirə turniri keçirildi
İdman
16.11.2024 22:48
Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə
Şamil Umaxanovun xatirə turniri keçirilib.
TodayPress xəbər verir ki, ənənəvi yarışda məşqçi Şərif Şərifovun rəhbərliyi altında yığmamızın bir neçə üzvü də iştirak edib. Onlardan üçü fəxri kürsüyə qalxıb.
İslam Bazarqanov (57 kq) gümüş, Timur Gülmaqomedov (86 kq) və Aslan Abakarov (97 kq) isə bürünc medal qazanıb.
Namiq HUN
tag: Gümüş, İslam Bazarqanov, Dağıstan, Güləş,Medal, todaypress.az,