Sərbəst güləş millimiz Avropa çempionu oldu
İdman
01.07.2024 00:06
Serbiyada keçirilən güləş üzrə U-17 Avropa çempionatı başa çatıb.
TodayPress xəbər verir ki, Novi Sad turnirində 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanan sərbəst güləş millimiz 160 xal toplayaraq komanda hesabında çempion olub.
Millimiz ikinci pillədəki Ermənistanı 36 xal qabaqlayıb. Türkiyə komandası (119) üçüncü yeri tutub.
Qeyd edək ki, Avropa çempionatının qızıl medallarını komandamıza Muhamməd İsmayılovla (51 kq) İsa Yusibov (65 kq) qazandırıb. Hüseyn İsmayılovla (60 kq) Muxamad Qantemirov (110 kq) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) isə turnirin bürünc medalına sahib olublar.
Namiq HUN
tag: U-17, Avropa çempionatı, Güləş, İdman, Novi Sad turniri, todaypress.az,