"Sent-Etyen" baş məşqçisi ilə yollarını ayırdı
Fransanın Liqa 1 klubu "Sent-Etyen" baş məşqçi Olivye Dalloqlio ilə yolları ayırıb.
TodayPress xəbər verir ki, bu barədə "Sent-Etyen" təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yeni baş məşqçi təyin olunana qədər komanda müvəqqəti olaraq klubun təlim mərkəzinin direktoru Lauren Huarda tapşırılıb.
Qeyd edək ki, "Sent-Etyen" hazırda turnir cədvəlində 15 turdan sonra 13 xalla 16-cı pillədə qərarlaşıb.
tag: Fransa,Liqa 1,Sent-Etyen,Olivye Dalloqlio,Lauren Huarda,todaypress.az,