Şensnı sabiq klubuna pul ödəyəcək?

İdman

25.09.2024 17:25

"Yuventus" futbol klubunun sabiq qolkiperi Voytsex Şensnı "Barselona"ya keçəcəyi halda, Turin təmsilçisinə təzminat ödəyəcək. 

TodayPress xəbər verir ki, polşalı futbolçu bu yay karyerasını bitiridiyini elan edib. 

Voytsex Şensnı ilə "Yuventus" arasındakı razılaşmaya əsasən, o, peşəkar karyerasını bərpa edərək başqa klubun formasını geyinəcəyi təqdirdə, “Qoca Sinyora”ya müəyyən məbləğ ödəməlidir.

Xatırladaq ki, "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen ağır zədə alaraq uzun müddətə sıradan çıxıb.

Namiq HUN

tag: Yuventus ,Voytsex Şens, Barselona ,Polşa, Karyera ,todaypress.az,