Şensnı razılığını verdi – İndi söz "Yuventus"undur
İdman
11.06.2024 10:49
"Yuventus" klubunun qapıçısı Voytsex Şensnı "Əl-Nəsr"ə keçməyə razılıq verib.
TodayPress xəbər verir ki, polşalı qolkiper 19 milyon avro məbləğində maaş nəzərdə tutan Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun təklifini qəbul edib. Futbolçunun transferi ilə bağlı “Yuventus” da razılıq verməlidir. Ər-Riyad təmsilçisi Avropa çempionatının startına qədər Şensnının keçidini rəsmiləşdirmək istəyir.
Qeyd edək ki, 34 yaşlı Voytsex Şensnı 2017-ci ildən "Yuventus"da çıxış edir. Qokiper Turin klubu ilə 3 skudetto, həmçinin hərəyə 2 dəfə, İtaliya kuboku və Superkubokunu qazanıb.
Son mövsüm Şesnı İtaliya çempionatında 35 oyun keçirib. O, bu görüşlərin 15-də qapısını toxunulmaz saxlayıb. Transfermarkt portalında qapıçının təxmini transfer dəyəri 6 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Yuventus, Voytsex Şensnı, Əl- Nəsr,Qokiper Turin,todaypress.az,