Sensasiya: Karlsen 14 yaşlı şahmatçıya məğlub oldu

İdman

29.01.2025 17:10

Rusiya şahmatçısı Davud Əhmədov sürətli şahmat üzrə onlayn turnirdə keçmiş dünya çempionu norveçli Maqnus Karlseni məğlub edərək sensasiyaya imza atıb.   

TodayPress xəbər verir ki, 14 yaşlı şahmatçı “Title Tuesday” turnirində adından söz etdirib.   Davud Əhmədov ikinci turda ağ fiqurlarla oynayıb. 

2831 xalla turnirin reytinq favoriti olan Maqnus Karlsen yeniyetmə şahmatçının müqavimətini qıra bilməyib. 

Nəticədə 2368 əmsallı Əhmədov Karlseni məğlub etməklə böyük səs-küyə səbəb olub.   

Namiq HUN

tag: Turnir,Şahmatçı,Karlsen,Davud Əhmədov,Todaypress.az,