Şenol Günəş üçün tarixi matç

İdman

19.10.2024 14:13

Futbol üzrə Türkiyə Superliqasının IX turunda bu gün keçiriləcək “Trabzonspor” – “Başakşəhər” matçı trabzonluların baş məşqçisi Şenol Günəş üçün əlamətdar olacaq.

TodayPress xəbər verir ki, bu oyun Günəşin karyerasında 1000-ci olacaq. 

Şenol indiyədək baş məşqçi kimi çıxdığı 999 oyunda 519 qələbə qazanıb, 245 dəfə heç-heçə edib və 235 matçda məğlubiyyətlə barışıb.

72 yaşlı mütəxəssis Türkiyədə 1000 matça çatan ilk məşqçi kimi tarixə düşəcək. 

Namiq HUN

tag: Türkiyə, Başakşəhər, Trabzonspor, Qələbə, Şenol Günəş, todaypress.az,