Sena Parisin “üzünü qaraltdı”: Məşqlər ləğv edildi
Bu günə planlaşdırılan triatlonçuların üzgüçülük məşqi Sena çayında suyun keyfiyyətinin aşağı olması səbəbindən ləğv edilib.
TodayPress xəbər verir ki, bu barədə Olimpiadanın Təşkilat Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"Olimpiya Təşkilat Komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanları Sena çayında suyun keyfiyyətinin kifayət qədər zəmanət vermədiyi üçün triatlonun təqdimat tədbirinin bir hissəsini ləğv etmək barədə birgə qərar qəbul ediblər" məlumatda qeyd olunub.
Təşkilatçılar iyulun 30 və 31-nə nəzərdə tutulan yarışların vaxtında baş tutacağına əmindirlər. Qeyd edək ki, Parisdə keçiriləcək Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.
Günəş Mərd
tag: Paris 2024, Olimpiya Oyunları, todaypress.az,Sena,məşq,üzgüçülük,