Sena çayında triatlon yarışı yenə təxirə salındı
İdman
01.09.2024 15:45
Paris-2024 Yay
Paralimpiya Oyunlarında triatlon yarışı təxirə salınıb.
TodayPress xəbər verir
ki, bu barədə yarışın Təşkilat Komitəsi məlumat yayıb.
Səbəb Sena çayında
suyun keyfiyyət səviyyəsinin aşağı olmasıdır. Beynəlxalq Paralimpiya Komitəsindən
(IPC) verilən məlumata görə, bu gün keçirilməsi nəzərdə tutulan yarış sabah baş
tutacaq.
Qeyd edək ki,
Paris-2024 Yay Olimpiya Oyunları zamanı da çayda suyun keyfiyyəti aşağı
olduğundan məşq və yarış təxirə salınmışdı.
tag: Sena Çayı, Paris, Fransa,Olimpiya Oyunları,Triatlonçular,todaypress.az,