Sena çayında növbəti xoşagəlməz hadisə

İdman

06.08.2024 13:48

Paris Olimpiadasında növbəti xoşagəlməz hadisə yaşanıb.

TodayPress xəbər verir ki, açıq havada üzgüçülük yarışlarında iştirak edəcək idmançıların Senadakı bugünkü məşqi çaydakı suyun çirkli olması səbəbindən ləğv edilib.

Bu artıq Fransa paytaxtında yaşanan 5-ci belə haldır. Daha əvvəl eyni səbəbdən triatlonçuların 4 məşqi ləğv edilib.

Qeyd edək ki, açıq suda üzgüçülük yarışının avqustun 8-9-da keçirilməsi planlaşdırılır.

Namiq HUN

tag: Sena, Paris 2024, Fransa, Üzgüçülük, Yarış, todaypress.az,