Sena çayında çimən idmançı xəstəxanaya yerləşdirildi
İdman
05.08.2024 10:51
Belçikalı triatlonçu Kler Mişel Paris 2024 Yay Olimpiya Oyunlarında Sena çayında üzgüçülük yarışlarında iştirak etdikdən sonra bağırsaq infeksiyası diaqnozu qoyulub.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Qadınlar arasında triatlon yarışlarında 38-ci yeri tutan belçikalı idmançı artıq dörd gündür ki, xəstədir və reanimasiyadadır.
Qeyd edək ki, Sena çayındakı məşqlər bir neçə dəfə təxirə salınıb. Rəsmilərin sözlərinə görə, buna səbəb Sena çayının həddindən artıq çirkli olmasıdır.
Töhfə Səməd
tag: Belçika, Triatlon, Sena, Kler Mişel, Paris, todaypress.az,