Semenyo İngiltərə nəhənglərinin hədəfində

İdman

08.03.2025 17:05

869

“Bornmut” klubunun futbolçusu Antuan Semenyo İngiltərə nəhənglərinin maraq dairəsinə düşüb.   

TodayPress xəbər verir ki, cinah hücumçusu “Arsenal”, “Mançester Yunayted”, “Çelsi”, “Nyukasl” və “Tottenhem” klublarının hədəfindədir. 

Hazırda nəhəng beşlikdən “Tottenhem” transferlə bağlı danışıqlara başlamağı planlaşdırır. London təmsilçisi Semenyo üçün 40 milyon avroluq təklif göndərmək istəyir.   

Qeyd edək ki, 25 yaşlı Antuan Semenyo cari mövsümün 30 matçında 9 qol vurub və 5 assistə imza atıb.   

Namiq HUN

tag: Antuan Semenyo,Klub,Liqa,Futbol,Todaypress.az,