Səlimov taekvondonun vətənində fərqləndi
Azərbaycan taekvondoçusu Vasif Səlimov Cənubi Koreyada keçirilən gənclərin dünya çempionatında adından söz etdirib.
TodayPress xəbər verir ki, Səlimov (63 kq) mundialın bürünc medalını qazanıb.
O, Çunçeon turnirində Qırğızıstan, Vyetnam, Tayvan və Tailanddan olan rəqiblərinə qalib gəlsə də, Bolqarıstan idmançısına məğlub olaraq 3-cü yeri tutub.
Namiq HUN
tag: Taekvondo,Vasif Səlimov ,Cənubi Koreya,Çunçeon ,Turnir,todaypress.az,