Səkkizqat dünya çempionu karyerasını bitirir

İdman

30.01.2025 16:40

Xizək yarışları üzrə Olimpiya Oyunlarının gümüş mükafatçısı, səkkizqat dünya çempionu Yarl Maqnus Riber 2024/25 mövsümünün sonundan sonra karyerasını bitirəcəyini açıqlayıb.

TodayPress xəbər verir ki, norveçli idmançı bu qərarı mədə-bağırsaq traktının ağır xroniki iltihabi xəstəliyi səbəbindən qəbul edib.

“Cari mövsüm mənim üçün sonuncu olacaq. Problemlərimlə bağlı aydınlıq əldə etdim. Mən ömrümün sonuna qədər bu xəstəliklə yaşamalı olacağam. Xoşbəxtlikdən dərmanlar kömək edir” Riberdeyib. 

Qeyd edək ki, Yarl Maqnus Riber, Dünya Kubokununun mərhələlərində ən çox qələbə qazanan rekordçudur. O, karyerası ərzində 76 parlaq qələbəyə sevinib. 

Namiq HUN

tag: Xizək ,Yarış,Olimpiya Oyunları,Yarl Maqnus Riber,todaypress.az,