Şəhriyar – Teymur finalı baş tuta bilər

İdman

10.02.2025 10:20

1446

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib.     

TodayPress xəbər verir ki, sürətli şahmatda 1/4 finalın tay-brek qarşılaşmaları keçirilib.   

Kişilərin yarışında Teymur Rəcəbov Vüqar Əsədlini, Rauf Məmmədov isə Əhməd Əhmədzadəni məğlub edərək yarımfinala yüksəliblər. 

Yarımfinalda Rəcəbov Raufla, Şəhriyar Məmmədyarov isə Misrətdin İsgəndərovla qarşılaşacaq. 

Qadınların yarışında 1/4 finalın tay-brekində Gövhər Beydullayeva Türkan Məmmədyarovadan, Günay Məmmədzadə Səbinə İbrahimovadan, Gülnar Məmmədova isə Xanım Balacayevadan güclü olub. 

Yarımfinalda Ülviyyə Fətəliyeva Gövhər Beydullayeva ilə, Günay Məmmədzadə isə Gülnar Məmmədova ilə qarşılaşacaq. 

Namiq HUN

tag: Şahmat ,Azərbaycan ,Gövhər Beydullayeva,Vüqar Əsədli,Teymur Rəcəbov ,Şəhriyar,Todaypress.az,