Şəhriyar sürətli şahmatda dünyada 18-cidir
İdman
01.11.2024 18:40
Beynəlxalq Şahmat Federasiyası (FIDE) noyabr ayına olan rapid və blits üzrə reytinq cədvəlini açıqlayıb.
TodayPress xəbər verir ki, rapiddə Azərbaycan qrossmeysterləri arasında ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur.
O, 2711 xalla 18-cidir. Teymur Rəcəbov isə 2670 xalla 35-ci yerdədir.
Rapid növü üzrə lider 2825 xalla norveçli Maqnus Karlsendir.
Şahmatın blits növündə də Məmmədyarov həmkarlarını üstələyir. Şəhriyar 2705 xalla 26-cıdır. Onun ən yaxın özləyicisi olan Rəcəbov isə 2663 xalla 45-ci yerdə məskunlaşıb.
Blits üzrə də ümumi lider 2893 xalla Karlsendir.
Namiq HUN
tag: Şahmat, Azərbaycan, Şəhriyar Məmmədyarov, Maqnus Karlsen, todaypress.az,