Şəhriyar Məmmədyarov mövqeyini qorudu

İdman

30.04.2025 16:22

5

FIDE şahmatçıların may ayına olan dünya reytinqini açıqlayıb.   

TodayPress xəbər verir ki, Azərbaycanın 7 şahmatçısı Top-100-lükdə yer alıb. 

Kişi şahmatçılar arasında ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov imza atıb.

Bir pillə geriləyən qrossmeysterimiz 2746 xalla 14-cü yerdə məskunlaşıb.

Eynilə bir pillə geriləyən Teymur Rəcəbov (2692) 40-cı yerdə qərarlaşıb. Azərbaycan çempionu Rauf Məmmədov (2657) 69-cu pillədəki mövqeyini qoruyub. 

Dünya reytinqinin lideri 2837 xalla norveçli Maqnus Karlsendir.   

Qadınlar arasında ən yaxşı göstərici Gövhər Beydullayeva (2394) məxsusdur. 8 pillə geriləyən qrossmeysterimiz 53-cü sıradadır.

Digər şahmatçılarımızdan Günay Məmmədzadə (2390) 57-cidir. 10 pillə geriləyən Avropa çempionu Ülviyyə Fətəliyeva (2374) isə 67-ci sırada qərar tutub. 

Qadınların reytinq cədvəlinə 2633 xalla çinli Yifan Hou başçılıq edir.   

Namiq HUN

tag: Şəhriyar Məmmədyarov,Şahmat,Reytinq,Mövqe,Todaypress.az,