Şəhriyar ilk onluqda at oynadır

İdman

28.12.2024 11:58

ABŞ-də rapid və blits üzrə dünya çempionatı davam edir.

TodayPress xəbər verir ki, Nyu-York turnirinin ikinci oyun günü rapiddə 4 tur oynanılıb. 

Yarışda Azərbaycan şahmatçıları arasında ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur. O, 6,5 xalla 8-ci yerdədir.

Qadınların yarışında şahmatçılarımız 20-likdən kənarda qalıblar. 27-41-ci yerləri bölüşən Günay Məmmədzadə, Gülnar Məmmədova və Xanım Balacayeva hərəyə 4,5 xal toplayıblar.

Namiq HUN

tag: Şahmat ,Şəhriyar Məmmədyarov, Rapid, Tur, todaypress.az,