“Səhra tülküləri”nin əfsanəsi öldü
Futbol üzrə Əlcəzair millisinin əfsanəvi hücumçusu Camel Menad 65 yaşında vəfat edib.
TodayPress xəbər verir ki, onun ölüm xəbərini “Kabilə” klubunun mətbuat xidməti yayıb.
Camelin Əlcəzairə qayıtmazdan əvvəl bir ay Belçika xəstəxanasında yatdığı bildirilir. Ölüm səbəbi açıqlanmır.
Menad karyerası ərzində Əlcəzair komandaları ilə yanaşı, Fransanın “Nim”, Portuqaliyanın isə “Famalikao” və “Belenenseş” klublarında çıxış edib.
Qeyd edək ki, o, 1980-1994-cü illərdə Əlcəzair millisinin formasını geyinib. Camel milli komandada keçirdiyi 81 oyunda 25 qol vurub. Menad Əlcəzair komandasının 1990-cı ildə Afrika Millətlər Kubokunu qazanmasında böyük pay sahibi olub.
Namiq HUN
tag: Futbol,Camel Menad ,Belçika,Kabilə,todaypress.az,