Şeffler mövsümün ən yaxşı qolfçusu seçildi

İdman

11.12.2024 14:50

3005

Peşəkar Qolfçular Assosiasiyası amerikalı Skotti Şeffleri mövsümün ən yaxşı qolfçusu adına layiq görüb.

TodayPress assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı qolfçu cari mövsümdə 19 turnirdə iştirak edib. 7 titul qazanan Şeffler 16 dəfə “ilk 10-luğ”a düşüb.

Qeyd edək ki, Skotti Şeffler 2007-ci ildən bəri bu mükafatı ardıcıl iki dəfə qazanan ilk qolfçu olub. Daha əvvəl bunu Tayqer Vuds bacarmışdı.

Namiq HUN

tag: Peşəkar Qolfçular Assosiasiyası,Skotti Şeffler,Qolf,Ən yaxşı,todaypress.az,