“Səfəvi” İdman Mərkəzindən “Sağlam Gələcək” çağırışı

İdman

15.05.2025 14:08

138

“Səfəvi” İdman Mərkəzinin təşəbbüsü ilə “Sağlam Gələcək” şüarı ilə kimsəsiz və maddi imkanı aşağı olan uşaqların idmana cəlb olunması istiqamətində addımlar atılır. 

TodayPress xəbər verir ki, bu işdə məqsəd gələcəyimiz olan  uşaqları parlaq, sağlam yetişdirmək və onları narkotik kimi pis vərdişlərdən qorumaqdır. 

“Səfəvi” İdman Mərkəzinin rəhbəri və mərkəzin nəzdindəki “Səfəvi” Güləş Klubunun baş məşqçisi Əfqan Həbibov mərkəzin fəaliyyət istiqamətlərindən TodayPress-ə danışarkən bildirib ki, mərkəz bugünkü gənclərin narkomaniyanın, pis vərdişlərin necə qurbanı oldugunu görür və buna laqeyd qala bilməz. 

“Bu səbəbdən öz qarşımıza məqsəd qoymuşuq ki, davamlı olaraq uşaq evlərindən beş-altı uşaq götürərək məşqlər keçirib, onların dünya arenalarına gedən yola qədəm basmağına kömək edək”.  

Əfqan Həbibov mərkəzin gördüyü bu işdə dəstəyə ehtiyac olduğunu da vurğulayıb.  

“Biz müəyyən xərcləri öz üzərimizə götürürük, məşqləri təmənnasız keçiririk. Amma bu, yetərli deyil. Belə ki, güləş geyimləri, transfer, yemək xərclərini ödəmək üçün maddi dəstəyə ehtiyac var. Eyni zamanda müəyyən ödənişli yarışlarda iştirak üçün maddi vəsait lazımdır. Bu ödənişlərin məbləği isə uşaq sayına görə dəyişir. Parlaq gələcəyə yardım üçün müəyyən qədər (sponsor) maddi dəstəyə ehtyac var”. 

Mərkəz rəhbərinin səsinə səs verib, sağlam gələcəyə dəstək olmaq istəyənlər qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər. 

(+994 55 603 13 30)

tag: Səfəvi,İdman Mərkəzi,Sağlam Gələcək,todaypress.az,

photo