Səfərli uğurlu seriyanı davam etdirir

İdman

01.11.2024 14:00

Azərbaycanlı qrossmeyster Eltac Səfərli açıq Bavariya çempionatının liderləri qrupunda mübarizəni davam etdirir. 

TodayPress xəbər verir ki, şahmatçımız ilk turlarda qazandığı 4 qələbədən sonra ardıcıl iki oyunda heç-heçə edib.

VI turda Eltac Elham Amarla (Norveç) xalları bölüşüb. Aktivində 5 xalı olan Səfərli lider Dmitri Kollarsdan (Almaniya) yarım xallıq geriləmə ilə üçüncü yerdədir.

Namiq HUN

tag: Azərbaycan, Eltac Səfərli, Bavariya, Lider, todaypress.az,