Səfərli “Skopye Open-2024” turnirinin lideridir
Eltac Səfərli Şimali Makedoniyada keçirilən "Skopye Open-2024" şahmat turnirində ardıcıl ikinci qələbəsini qazanıb.
TodayPress xəbər verir ki, azərbaycanlı qrossmeyster II turda Aleksander Reprintsevlə (Ukrayna) qarşılaşıb.
Səfərli rəqibini məğlub edərək, turnirin 1 nömrəli reytinq şahmatçısı olduğunu sübuta yetirib.
İki turdan sonra Eltac Səfərli lider mövqeyində qərarlaşıb.
Namiq HUN
tag: Səfərli, Şahmat, Turnir, Qalib, todaypress.az,