“Səbail” yeni mövsümün planlarını cızır
Baş məşqçi Elvin Məmmədov “Səbail”də qeydiyyat müddətini daha bir il artırıb.
TodayPress Futbolxeber.az-a istinadən xəbər verir ki, cari mövsümün sonunda Premyer Liqa ilə vidalaşacaq “Səbail” artıq yeni planlarını cızır.
Tezliklə klub rəhbərliyi ilə əsas sponsor olan ASCO arasında görüş olacaq. Yeni mövsüm üçün kluba büdcə ayrılsa, “Səbail” I Liqada çempionluq uğrunda mübarizə aparacaq.
İstənilən halda klub rəhbərliyi artıq yeni mövsüm üçün çalışmalara başlayıb.
Baş məşqçi Elvin Məmmədovla razılıq əldə olunub. Mövsüm başa çatdıqdan sonra “Səbail”lə sözləşmə rəsmiləşdiriləcək.
Namiq HUN
tag: Səbail,Klub,Heyət,Futbol,Todaypress.az,