"Səbail" - "Turan Tovuz" matçında qolsuz heç-heçə

İdman

05.04.2025 20:50

1675

“Turan Tovuz” “ASCO Arena”da “Səbail”in qonağı olub.

TodayPress-in məlumatına görə, turun ilk oyun günündə bir qarşılaşma baş tutub.

Görüş qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra Tovuz klubu hazırda turnir cədvəlində 44 xalla dördüncü pillədə qərarlaşıb. Sonuncu - 10-cu yerdə olan “Səbail”in isə 20 xalı var.

Qeyd edək ki, tura aprelin 7-də yekun vurulacaq.

tag: Turan Tovuz, ASCO Arena, Səbail, Heç-Heçə, Yekun, Futbol, todaypress.az,