"Səbail" səfərdə "Sumqayıt"a qalib gəldi

İdman

18.01.2025 21:26

Premyer Liqanın XIX turunda "Səbail" səfərdə"Sumqayıt"a qalib gəlib.

TodayPress Sumqayıt şəhər stadionunda baş tutan matçda qonaqlar iki cavabsız qolla qələbə qazanıblar.

"Dənizçilər"in heyətində Rüfət Abdullazadə (48,79) dubl müəllifi olub.

20 xala malik "Sumqayıt" altıncıdır. 12 xalı olan "Səbail" isə doqquzuncu sırada yer alıb.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Qarabağ" "Şamaxı"nı 3:2, "Zirə" isə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib.

 

tag: Səbail,Sumqayıt, Qarabağ, Zirə, todaypress.az,