“Səbail” Elvin Məmmədovla anlaşdı

İdman

17.03.2025 12:30

962

“Səbail”in yeni baş məşqçisi məlum olub.   

TodayPress paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Elvin Məmmədov çalışdıracaq.   

“Səbail”də baş məşqçi vəzifəsinin icrası cari mövsümün sonunadək ona həvalə edilib. 

Qeyd edək ki, Elvin Məmmədov istefaya göndərilən Cavid Hüseynovun köməkçisi olub.   

Namiq HUN

tag: Səbail,Futbol,Klub,Elvin Məmmədov,Todaypress.az,