Şçensnı İspaniya kubokunda forma geyinəcək
İdman
03.01.2025 15:03
Voytseh Şçensnının “Barselona”da debüt edəcəyi oyun məlum olub.
TodayPress xəbər verir ki, polşalı qolkiperin ilk matçı İspaniya kubokuna təsadüf edəcək.
Şçensnı “Barbastro” ilə yanvarın 4-də keçiriləcək görüşdə “Barsa”nın torunu qoruyacaq. O, qarşılaşmaya start heyətində çıxacaq.
Namiq HUN
tag: Barselona,Görüş, Heyət,Qolkiper, todaypress.az,