Sautqeytə cəngavər rütbəsi veriləcək
Futbol üzrə İngiltərə yığma komandasının keçmiş baş məşqçisi Qaret Sautqeyt cəngavər rütbəsi alacaq.
TodayPress “The Sun” nəşrinə istinadın xəbər verir ki, rütbə mütəxəssisə Yeni il ərəfəsindətəqdim olunacaq.
Sautqeyt, milli komandanı ardıcıl iki dəfə Avropa çempionatının finalına çıxardığına görə cəngavər rütbəsi alacaq (2020, 2024).
Mütəxəssis daha əvvəl vergidən yayınmaqda ittiham olunduğu üçün mükafat ona verilməmişdi. Artıq Qaret İngiltərə vergi orqanlarından vergidən yayınma faktına görə bəraət alıb.
Qeyd edək ki, Qaret Sautqeyt DÇ-1966-da yığmanı qələbəyə aparan Ser Alf Ramseydən sonra İngiltərənin ən uğurlu baş məşqçisidir.
Namiq HUN
tag: İngiltərə, Mütəxəssis,İttiham, Orqan, todaypress.az,