“Sauthempton” Martinlə vidalaşdı

İdman

16.12.2024 12:33

2868

İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

TodayPress xəbər verir ki, “Sauthempton” klubu Rassel Martinlə yollarını ayırdığını açıqlayıb.

Ötən ilin yayından klubda çalışan mütəxəssis “Tottenhem”lə qarşılaşmadan sonra istefaya göndərilib. “Müqəddəslər” 0:5 hesabı ilə uduzduqları matçda bütün qolları ilk 25 dəqiqədə buraxıblar.

16 oyunda 5 xal toplayan “Sauthempton” turnir cədvəlində sonuncudur.

Namiq HUN

tag: Rassel, Martin,Matç,Qarşılaşma, todaypress.az,