“Sassuolo”dan erkən qayıdış
İtaliya A Seriyasına vəsiqə qazanan ilk komanda məlum olub.
TodayPress xəbər verir ki, B Seriyasınnın başa çatmasına V tur qalmış 75 xalla lider olan “Sassuolo” klubunun elitaya yüksələcəyi dəqiqləşib.
Sassuolo təmsilçisi üçüncü pillədəki “Spetsiya”nı 16 xal üstələyir. "Qara-yaşıllar" ötən mövsümün sonunda elitanı tərk edib.
Qeyd edək ki, B Seriyasında ilk iki pilləni tutan komanda birbaşa elitaya yüksəlir. Hazırda ikinci olan “Piza” klubunun 66 xalı var.
Namiq HUN
tag: Sassuolo,İtaliya,A seriya,Vəsiqə,Todaypress.az,