Sarri Yunanıstandan təklif aldı
İdman
01.06.2024 22:27
Yunanıstanın “Panatinaikos” klubu italiyalı baş məşqçi Mauritsio Sarri ilə danışıqlar aparır.
TodayPress xəbər verir ki, Afina komandası 65 yaşlı mütəxəssisə illik maaşı 4,5 milyon avro olmaqla 3 illik müqavilə təklif edib. Sarri “Panatinaikos” rəhbərliyi ilə görüşdükdən sonra qərar qəbul etmək üçün vaxt istəyib. Qeyd edək ki, Sarri daha əvvəl 2021-ci ilin iyunundan 2024-cü ilin martına qədər İtaliyanın “Latsio” klubunda çalışıb.
Namiq HUN
tag: Afina,Latsio, Maurtsio Sarri,todaypress,Panatinaikos,todaypress.az,