Saqqi millinin oyununa təyinat aldı
İdman
11.10.2024 14:20
UEFA Milətlər Liqasının IV turunda keçiriləcək Azərbaycan - Slovakiya oyununun hakimləri açıqlanıb.
TodayPress xəbər verir ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunu norveçli ədalət təmsilçiləri idarə edəcəklər.
Rohit Saqqi qarşılaşmanın baş hakimi olacaq. Ona Morten Yensen və Anders Olav Dale laysmanlar qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Siqurd Krinqstad yerinə yetirəcək.
Namiq HUN
tag: UEFA ,Milətlər Liqası,Yığma,Slovakiya,Tofiq Bəhramov,todaypress.az,