Saqe: “Futbolçularda motivasiya yüksəkliyi nikbinlik üçün kifayətdir”
İdman
27.11.2024 12:13
“Olimpik Lion” klubunun baş məşqçisi Pyer Saqe UEFA Avropa Liqasında “Qarabağ”la keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
TodayPress xəbər verir ki, o, səfər ərəfəsində klubun saytına açıqlama verib. 45 yaşlı mütəxəssis Bakıya 3 xal üçün yollandıqlarını deyib:
“Bakıda havanın necə olması bizi maraqlandırmır. Biz ora futbol oynamağa gedirik. Biz hər zaman qalibiyyət üçün meydana çıxmalıyıq. Futbolçuların motivasiyası yüksəkdir. Bu, nikbinlik üçün kifayətdir”.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Olimpik Lion” matçı saat 21:45-də başlayacaq.
Namiq HUN
tag: Olimpik Lion, Pyer Saqe, UEFA, Liqa, Qarabağ, todaypress.az,