“Şanxay Port” klubu üçüncü dəfə çempion oldu
İdman
02.11.2024 17:40
Futbol üzrə Çin Superliqasında cari mövsümün qalibi məlub olub.
TodayPress xəbər verir ki, doğma meydanda “Tyantsin” klubuna 5 cavabsız qolla qalib gələn “Şanxay Port” ölkə çempionu olub.
30-cu turda qazanılan qələbədən sonra xallarını 78-ə çatdıran komanda ən yaxın izləyicisi “Şanxay Şenxua”nı 1 xal qabaqlayaraq qızıl medallara sahib çıxıb.
“Şanxay Port” tarixində üçüncü dəfə Çin Superliqasının qalibi olub. Komanda daha əvvəl 2018 və 2023-cü illərdə çempionluğu bayram edib.
Namiq HUN
tag: Çin, Liqa,Şanxay Şenxua,Şanxay Port, Medal, todaypress.az,