Santuşun köməkçiləri kim olacaq? – AFFA-dan açıqlama
İdman
08.07.2024 11:32
Artıq iyul ayının birinci həftəsi geridə qalıb. Hələ də millinin məşqçilər korpusu ilə bağlı rəsmi xəbər yoxdur.
“Mən hazırda AFFA-da köməkçi məşqçi vəzifəmi davam etdirirəm. Müqaviləm var”.
Bunu TodayPress-ə futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib:
“AFFA tərəfindən hansısa bir rəsmi məlumat verilmədiyi üçün nə isə demək olmur. Çünki yeni baş məşqçi gəlib, bütün detallara münasibət bildirməlidir. Santuş iki gün burada təşkilati məsələlərlə məşğul olduqdan sonra yenə vətəninə qayıtdı” deyə Arif Əsədov əlavə edib.
AFFA-nın mətbuat katibi Elnur Məmmədlinin sözlərinə görə, yaxın günlərdə İcraiyyə Komitəsinin iclası olacaq. Həmin ərəfədə Fernandu Santuşun məşqçilər korpusunun kimlərdən ibarət olduğuna tam aydınlıq gələcək.
Qeyd edək ki, iki həftə əvvəl futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədovla əlaqə saxlayıb milliyə yeni baş məşqçi Fernandu Santuşun təyinatından sonra köməkçi məşqçi ilə bağlı məsələnin nə yerdə olduğu ilə maraqlandıq. Əsədov milli komandada öz işini – köməkçi məşqçi funksiyasını davam etdirdiyini, portuqaliyalı mütəxəssislə hələ görüşmədiyini bildirdi. O, bütün detallara iyul ayında aydınlıq gələcəyini demişdi.
Namiq HUN
tag: Santuş,Arif Əsədov, Elnur Məmmədli, AFFA, Futbol, Açıqlama, todaypress.az,